1990-cı illərdən etibarən Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
“1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”na uyğun olaraq yaradılmış İşçi Qrupu tərəfindən distant formada qəbul həyata keçirilir.
Müraciət etmək üçün WhatsApp tətbiqi üzərindən +90 543 303 89 94 telefon nömrəsi ilə əlaqə saxlamaq və tələb olunan sənədləri sözügedən tətbiq vasitəsilə təqdim etmək xahiş olunur.
Qəbul zamanı aşağıdakı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmətlərdən istifadə üçün aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunur.
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi
- Şəxsiyyəti təsdiq edən sənəd (olduğu təqdirdə);
- Doğum haqqında şəhadətnamə;
- Valideynlərin pasportu, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlər.
QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə İşçi Qrupunun 2024-cü ilin dekabr ayında İstanbul şəhərində planlaşdırılan əyani qəbulu zamanı DNT analizi üçün bioloji materialların götürülməsi nəzərdə tutulur.
Fərdi İdentifikasiya nömrəsinin (FİN) alınması
- Ərizə (yetkinlik yaşına çatmayanlar üçün valideynləri tərəfındən yazılır);
- Şəxsiyyəti təsdiq edən sənəd (olduğu təqdirdə);
- Doğum haqqında şəhadətnamə (Formul A-Doğum Kayıt Örneği).
Ailə vəziyyəti (subaylıq) haqqında arayış
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənəd.
Məhkumluq haqqında arayış
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənəd.
Nikahın qeydə alınması üçün sənədlərin toplanılması
- Etibarlı ümumvətəndaş pasportu / şəxsiyyət vəsiqəsi;
- Subaylıq haqqında arayış;
- Nikahın bağlanması haqqında tərəflərin ərizəsi;
- Doğum haqqında şəhadətnamə;
- Vətəndaşın Türkiyə Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə);
- Tibbi müayinədən keçdiyini təsdiq edən şəkilli arayış (apostil olunmuş);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
QEYD: Nikahın qeydə alınması üçün sənədlər İşçi Qrupuna 2024-cü ilin dekabr ayında İstanbul şəhərində planlaşdırılan əyani qəbul zamanı təqdim edilə bilər.
Doğumun qeydə alınması üçün sənədlərin toplanılması
- Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş);
- Valideynlərin ərizəsi;
- Doğumdan bir ay müddət keçdiyi təqdirdə sağlamliq haqqinda arayiş (apostil olunmuş);
- Valideynlərin etibarlı şəxsiyyət vəsiqəsi/pasportları;
- Valideyinlərin doğum şəhadətnamələri;
- Valideyinlərin nikah haqqında şəhadətnaməsi (olduğu təqdirdə).
QEYD: Türkiyə Respublikasında doğumu qeydə alınmış (müvafiq qaydada tərtib olunmuş Doğum Kayıt Örneği - Formül A-ya malik) şəxslərə şamil olunmur.
Doğumun qeydə alınması üçün sənədlər İşçi Qrupuna 2024-cü ilin dekabr ayında İstanbul şəhərində planlaşdırılan əyani qəbul zamanı təqdim edilə bilər.
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi
Vətəndaş müraciət etməklə İşçi Qrupunun 2024-cü ilin dekabr ayında İstanbul şəhərində planlaşdırılan əyani qəbulu zamanı ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi məqsədilə müraciətlərin qəbulu üçün vaxt (randevu) təyin ediləcəkdir.
Digər sorğuların cavablandırılması