Türki̇yə vətəndaşlarina və digər ölkə vətandaşlarına vi̇za veri̇lməsi̇ qaydalari

TÜRKİYƏ VƏTƏNDAŞLARINA VİZA VERİLMƏSİ QAYDALARI

Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gedə və hər gedişdə 90 gün qala bilərlər.

 

01 sentyabr 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşləra ləğv edilmişdir.

01 aprel 2021-ci il tarixindən etibarən Türkiyə Respublikasının yeni nəsil şəxsiyyət vəsiqəsinə malik vətəndaşlar Azərbaycan Respublikasına səfər edə bilərlər (COVİD-19 virusu ilə əlaqədar olaraq Azərbaycan Respublikasına səfər etmək üçün operativ qərargahın xüsusi icazəsi olmalıdır). 

 

DİGƏR ÖLKƏ VƏTƏNDAŞLARINA VİZA VERİLMƏSİ QAYDALARI 

Əcnəbilər pasportları və beynəlxalq müqavilələrə görə viza ilə Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər. Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər pasportları və Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycandan gedə və Azərbaycana gələ bilərlər.

Əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən qalma müddəti qədər ola bilər. Vizasız Azərbaycana gələ bilən əcnəbinin Azərbaycanda qalma müddəti 90 günə qədər ola bilər. Bu müddət bitmədən əcnəbi Azərbaycan ərazisini tərk etməli və ya müvəqqəti olma müddətini uzatdırmalıdır.

Giriş vizası əcnəbilərə Azərbaycana gəlmək üçün verilir. Onun etibarlılıq müddəti tək giriş-çıxış üçün üç gündən üç aya qədər olur. Bu müddət ərzində viza istifadə olunmazsa o, etibarlılığını itirir.

Tranzit vizası digər ölkələrə gedən əcnəbilərə Azərbaycandan keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmazsa, onun sahibi Azərbaycanda ən çoxu 5 gün qala bilər.

Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və tarixini göstərməklə, viza verilməsi haqqında ərizə ilə konsulluğa tələb olunan sənədləri və viza verilməsi üçün rüsumun ödənilməsi qəbzini ərizəyə əlavə etməlidirlər.

Turistlərə bir dəfəlik giriş-çıxış üçün vizalar verilir. Bu vizalarda ölkədə qalma müddəti 30 günə qədər olur. Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər. Turistlərə viza almaq üçün turizm şirkəti konsulluğun internet saytında yerləşdirilmiş ərizə formasını dolduraraq, şəxsin pasportunu surəti ilə birlikdə, fotoşəklini, rüsumun ödənilməsi qəbzini və səfərin turizm məqsədi ilə reallaşdığını təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və oteldə, kempinqdə, turist bazasında və ya digər bu kimi yerlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) surətlərini poçtla konsulluğa gönderir. Sənədlər konsulluğa gəldikdən sonra onlara baxılır və viza rəsmiləşdirilərək, pasport poçtla turizm şirkətinə göndərilir. Viza verilməzsə, pasport və sənədlər təhvil verilir.

Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə ən geci 20 iş günü ərzində, səfər təcili müalicə, yaxud Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə əlaqədardırsa, bunu təsdiq edən sənəd təqdim olunmaqla ən geci 2 iş günü ərzində baxılır. Turistlərə viza verilməsi haqqında ərizələrə ən geci 15 iş günü ərzində baxılır.

Makedoniya vətəndaşları və Türkiyədə yaşamaq icazəsi olan digər əcnəbilər viza almaq üçün konsulluğa müraciət edə bilərlər. Yaponiya vətəndaşlarına viza rüsum tələb olunmadan verilir.

Giriş vizası üçün əcnəbilərdən aşağıdakı sənədlər tələb olunur:

- lazımi şəkildə doldurulmuş ərizə forması;

- pasportun əsli və şəxsi məlumatlar olan səhifənin surəti;

- Türkiyədə yaşamaq icazəsini təsdiq edən sənədin əsli və zəruri səhifələrinin surəti;

- dəvət məktubu və yaxud mehmanxanada yer sifarişinə dair sənəd;

- 3x4 ölçüdə 2 ədət fotoşəkil;

- rüsumun ödənilməsi haqqında bank qəbzi.

 Müraciət saatları

Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı və Cümə günləri

09:00-dan 13:00-dək vətəndaşların qəbul saatları
15:00-dan 16:00-dək vətəndaşlara sənədlərin təhvil verilməsi

15:00-dan 18:00-dək vətəndaşların telefonla məlumat alma saatları 

 

Qeyd: Həftənin Şənbə və Bazar günləri, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən iş günləri hesab edilməyən rəsmi bayram və matəm günləri vətəndaşların qəbulu həyata keçirilmir.

 

Arxiv üzrə axtarış