Baş konsulun tərcümeyi-halı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020 ci il iyulun 28-də xanım Nərminə Mustafayevanı Türkiyə Respublikasının İstanbul şəhərində Baş konsul vəzifəsinə təyin etmişdir.

Diplomatik karyeraya başlamazdan əvvəl xanım Mustafayeva on beş ildən artıq AR Prezidentinin Protokol Xidmətində çalışmışdır.

Dövlət strukturlardakı fəaliyyətinə başlamazdan əvvəl xanım Mustafayeva dövlət və müstəqil media və yayım şirkətlərində jurnalist, aparıcı-redaktor kimi işləmişdir.

ABŞ-ın Virciniya ştatının Old Dominion Universitetindən Beynəlxalq biliklər üzrə magistr dərəcəsinin sahibi olan xanım Mustafayeva həmçinin Azərbaycan Dövlət Dillər Universitetinin də məzunudur.

Xanım Mustafayeva Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Nərminə Mustafayeva Naxçıvan şəhərindən anadan olub. Evlidir, üç övladı var.

İngilis, Rus və Türk dillərini bilir.

 

Arxiv üzrə axtarış