Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşlarına.
13 avqust 2020-ci il tarixində "Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş" qüvvəyə minmişdir. Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşının pasportunun etibarlıq müddəti ən azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməlidilər; əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidilər.