Adın, ata adının və soyadın dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra  yol verilir.

Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının, soyad dəyişdirilməsinə yol verilmir.

Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. Ərizə;
  2. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  3. ərizə verən şəxs  nikahdadırsa, nikah haqqında şəhadətnamə;
  4. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
  5. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
  6. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  7. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
  8. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda 20 USD dövlət rüsumunun ödənilməsinə dair qəbz.

Arxiv üzrə axtarış