18 yaşı tamam olmuş vətəndaşlar üçün

  1. Ərizə anket
  2. Şəxsiyyət vəsiqəsi (əsli və surəti, və ya keyfiyyətli scan edilmiş surəti)
  3. Pasport (əsli və surəti)
  4. 18-35 yaş arası vətəndaşlara hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya  möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli (İlkin hərbi qeydiyyat vərəqəsi, əsli və surəti) və ya Hərbi bilet (əsli və surəti).
  5. Konsul qeydiyyatı vərəqəsi
  6. 25 USD məbləğində Dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli və AR DİN-in büdcəsinə ödəniş barədə qəbzin surəti.

Azərbaycan Respublikasında ödəniləcək dövlət rüsumunun məbləği:

  • bir yaşınadək uşaqlar üçün – 15 manat;                                                        
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;                                   
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;                            
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.   

Pasport oğurlandıqda yuxarıda sadalanan sənədlərin sırasına  oğurluq faktı baş verən ərazi üzrə polis bölməsindən pasportun oğurlanmasını təsdiq edən müvafiq arayış əlavə edilməlidir (əsli və surəti).

Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən konsulluğa gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı (randevu) təyin etmələri xahiş olunur.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Qeyd: Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş uşağın şəxsiyyət vəsiqəsinin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Konsulluğa göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

Arxiv üzrə axtarış