2016-11-03

Baş konsul Məsim Hacıyevin İzmir şəhərinə səfərinə dair

Baş konsul M.Hacıyev 2-3 noyabr 2016-cı tarixlərində İzmir şəhərinə səfəri çərçivəsində İzmir valisi Erol Ayyıldız, İzmir polis idarəsinin rəisi Huseyin Aşkın, İzmir bələdiyə başçısı Aziz Kocaoğlu, İzmir Qarabağlar bələdiyə başçısı Muhittin Selvitopu ilə görüşmüşdür.

Görüşlərdə bölgəyə ən çox birbaşa investisiyanın Azərbaycandan gəldiyini xatırladan Baş konsul, strateji sahələrə qoyulan investisiyaların ölkələr arasındakı münasibətlərin hərtərəfli şəkildə dərinləşdirilməsinin əsas faktoru olduğunu vurğulamışdır. İzmirin dövlət idarəçiləriylə görüşlərində çalışma istiqaməti və metodların Prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyənləşdirildiyini bildirən Baş konsul, qardaşlıq münasibətlərimizin sağlam təməli üzərində daha əmin addımlarla gələcəyə doğru irəliləyəcəyini bildirmişdir.

Məsim Hacıyev daha sonra İzmir bölgəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarıyla və  İzmirdə təhsil alan tələbələrlə görüşərək, onların problemləriylə maraqlanmışdır. Vətəndaşların qarşısında çıxış edən Baş konsul, onları  Azərbaycan dövlətinə daha sıx bağlı olmağa çağırmış, vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi üçün baş konsulluğun öz üzərinə düşən vəzifələri   yerinə yetirdiyini vurğulamışdır. 

Arxiv üzrə axtarış