2017-11-08

8 noyabr 2017-ci il tarixində Baş konsul Məsim Hacıyev İstanbulun Avropa hissəsində yerləşən məzarlıqların müdiri Hüseyin Mor ilə görüşmüşdür.

Görüşdə M.Hacıyev 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd etmiş, Cümhuriyyətin işğalından sonra bir sıra dövlət adamlarının milli, mənəvi yaxınlıq səbəbindən Türkiyəyə sığındığını və burada müstəqillik uğrunda mübarizələrinə davam etdiyini bildirmişdir. Baş konsul həmin şəxslərin bir çoxunun məzarının Türkiyədə, ən çox İstanbuldakı Feriköy İslam Məzarlığında, həmçinin  Zincirlikuyu, Karaca Ahmet kimi məzarlıqlarda dəfn edildiyi bildirmişdir.

Hüseyin Mor qeyd edilən məzarlarla bağlı araşdırma aparılacağını və bununla bağlı Baş Konsulluğa məlumat veriləcəyini bildirmişdir.

Arxiv üzrə axtarış