2018-03-26

Azərbaycan Respublikası Prezidenti Seçkiləri

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli, 3638 saylı Sərəncamına əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci ilin 11 aprel tarixində keçiriləcəkdir.

Azərbaycan Respublikasının İstanbul və əhatə dairəsində yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda seçki məntəqəsi yaradılacaqdır.

İstanbul və əhatə dirəsində yaşayan və konsulluq qeydiyyatında olan hər bir vətəndaşımız seçkilərdə iştirak edə bilər.

 

Səsvermə 11 aprel 2018-ci il tarixində saat 08:00-dən 19:00-dək keçiriləcəkdir.

Arxiv üzrə axtarış