2018-04-17

Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli, 3638 saylı Sərəncamına əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci ilin 11 aprel tarixində keçirilmişdir.

Azərbaycan Respublikasının İstanbul və əhatə dairəsində yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda seçki məntəqəsi yaradılmışdır.

17 aprel tarixində Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib.

Bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində söyləyib.

Dövlətimizin başçısı deyib ki, seçkilər ədalətli və şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.

Arxiv üzrə axtarış