2021-12-10

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün İstanbulda səfərdədir. Dekabrın 10-da konfransın açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Sonra konfransda Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını Azərbaycan Milli Məclisi adından salamlayaraq Türkiyənin sədrliyinin İƏT Pİ-nin güclənməsinə töhfə verəcəyinə əmin olduğunu deyib.

Arxiv üzrə axtarış