2022-06-01

Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayevanın İzmir səfərinə dair

31 may tarixində baş konsul Nərminə Mustafayeva Türkiyənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində İzmir valisi Yavuz Selim Köşgerle görüş və Azərbaycanlı sənətçi Ülkər Əbülfət və onun gənc yetirmələri tərəfindən Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən rəsm əsərlərindən ibarət sərginin açılışı keçirilb.

Səfər çərçivəsində həmçinin İzmirdə yaşayan Azərbaycan diaspor nümayəndələri ilə toplantı təşkil edilərək, burada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin fəaliyyəti haqqında söhbət aparılıb. Görüşlərdən sonra İzmirdə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə çiçəklər düzülüb.

Arxiv üzrə axtarış