2023-05-10

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi doğumunun 100-cü ildönümündə İstanbulda ehtiramla anılıb

Tədbir zamanı İstanbulun Sarıyer bölgəsində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub. Mərasimdə Ümumilli Liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və tər güllər düzülüb.

Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi xanım Ayşe Usluer, millətvəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dotluq qrupunun rəhbəri Şamil Ayrım, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assamleyasının Baş katibi Asəf Hacıyev, Sarıyer Bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Arxiv üzrə axtarış