Rüsum dərəcələri
Rüsum dərəcələri
Dövlət rüsumu haqqında
Azərbaycan Respublikasının qanunundan çıxarış
|
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği ABŞ dolları |
|
Pasportların və vizaların verilməsinə görə: |
|
|
ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə |
25 |
|
ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə |
10 |
|
səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə |
4 manat |
|
tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
20 |
|
çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə |
350 |
|
Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə: |
|
|
vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
60 |
|
vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə |
60 |
|
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə: |
|
|
nikahın qeydə alınmasına görə |
10 |
|
yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə |
40 |
|
Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə |
5 |
|
soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə |
20 |
|
vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə |
10 |
|
vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə |
10 |
|
xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə |
10 |
|
Sənədlərin sorğu əsasında alınmasına görə: |
|
|
sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün): |
|
|
Azərbaycan Respublikasında |
4 manat |
|
ölkə xaricində |
10 |
|
Sənədlərin leqallaşdırılmasına görə: |
|
|
Azərbaycan Respublikasında |
4 manat |
|
xarici ölkədə |
10 |
|
Notariat hərəkətlərinin aparılmasına görə: |
|
|
Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə |
20 |
|
poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə |
20 |
|
müqavilələrin təsdiqinə görə: |
|
|
nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə |
50 |
|
qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə |
150 |
|
əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə |
30 |
|
sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə |
10 |
|
sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün): |
|
|
xarici dillərdən |
10 |
|
xarici dillərə |
20 |
|
sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) |
20 |
|
miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə |
40 |
|
vəsiyyətnamələrin təsdiqinə görə |
50 |
|
vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə |
30 |
|
vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə |
100 |
|
sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə |
20 |
|
öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün) |
20 |
|
pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün) |
20 |
|
icra qeydlərinin aparılmasına görə |
10 |
|
ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə |
10 |
|
şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə |
10 |
|
dəniz protestlərinin tərtib edilməsinə görə |
10 |
|
sübutların təmin edilməsinə görə |
10 |
|
Digər konsul əməliyyatlarına görə |
10 |