18 yaşı tamam olmamış vətəndaşlar üçün

  1. vətəndaşın şəxsiyyət vəsiqəsi (etibarlılıq müddəti olan)
  2. müraciət edənin valideynlərinin və ya qanuni nümayəndələrinin şəxsiyyət vəsiqələri. (etibarlılıq müddəti olan)
  3. 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (valideynlərdən biri burda olmadıqda digər valideynə verilən etibarnamə. Əgər etibarnamə başqa dildədirsə tərcümə və apostilli şəkildə təqdim edilməlidir)
  4. Valideyinlərin nigah haqqında şəhadətnaməsi. Nigah pozulduğu halda nigahın pozulması haqqında şəhadətnamə və ya məhkəmə qərarı. Qeyd olunan sənədlər olmadığı təqdirdə ananın tək analıq sənədi (Forma4)
  5. 25 USD məbləğində Dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli və AR DİN-in büdcəsinə ödəniş barədə qəbzin surəti.
  6. Ərizə-anket

Pasport valideyn himayəsindən məhrum olmuş 15 yaşı tamam olmamış vətəndaşa verildikdə: uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd (əgər sənəd başqa dildədirsə tərcümə və apostilli şəkildə) və müraciət edənin himayəçisinin və ya qəyyumunun şəxsiyyət vəsiqələri (etibarlılıq müddəti olan) təqdim edilməlidir.

Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən konsulluğa gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı (randevu) təyin etmələri xahiş olunur.

     

Azərbaycan Respublikasında ödəniləcək dövlət rüsumunun məbləği:

  • bir yaşınadək uşaqlar üçün - 10 manat;                                                        
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;                                   
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;                            
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat.   

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Qeyd: Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş uşağın şəxsiyyət vəsiqəsinin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Konsulluğa göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

Arxiv üzrə axtarış