Ümumi

Türkiyə vətəndaşlarına viza verilməsi qaydaları:

Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gedə və hər gedişdə 90 gün qala bilərlər.

01 sentyabr 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşlara ləğv edilmişdir.

Digər ölkə vətəndaşlarına viza verilməsi qaydaları: 

Əcnəbilər pasportları və beynəlxalq müqavilələrə görə viza ilə Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər. Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər pasportları və Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycandan gedə və Azərbaycana gələ bilərlər.

Əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən qalma müddəti qədər ola bilər. Vizasız Azərbaycana gələ bilən əcnəbinin Azərbaycanda qalma müddəti 90 günə qədər ola bilər. Bu müddət bitmədən əcnəbi Azərbaycan ərazisini tərk etməli və ya müvəqqəti olma müddətini uzatdırmalıdır.

Giriş vizası əcnəbilərə Azərbaycana gəlmək üçün verilir. Onun etibarlılıq müddəti tək giriş-çıxış üçün üç gündən üç aya qədər olur. Bu müddət ərzində viza istifadə olunmazsa o, etibarlılığını itirir.

Giriş vizası üçün əcnəbilərdən aşağıdakı sənədlər tələb olunur:

- lazımi şəkildə doldurulmuş ərizə forması;

- pasportun əsli və şəxsi məlumatlar olan səhifənin surəti;

- Türkiyədə yaşamaq icazəsini təsdiq edən sənədin əsli və zəruri səhifələrinin surəti;

- dəvət məktubu və yaxud mehmanxanada yer sifarişinə dair sənəd;

- 3x4 ölçüdə 2 ədət fotoşəkil;

- rüsumun ödənilməsi haqqında bank qəbzi.

Tranzit vizası digər ölkələrə gedən əcnəbilərə Azərbaycandan keçmək üçün verilir. Tranzit vizasında gedişin dayanacaqsız olması haqqında qeyd və ya möhür olmazsa, onun sahibi Azərbaycanda ən çoxu 5 gün qala bilər.

Turistlərə bir dəfəlik giriş-çıxış üçün vizalar verilir. Bu vizalarda ölkədə qalma müddəti 30 günə qədər olur. Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər:

  • turizm şirkəti konsulluğun internet saytında yerləşdirilmiş ərizə formasını doldurmalı
  • şəxsin pasportunun surəti və fotoşəkli
  • rüsumun ödənilməsi qəbzi
  • səfərin turizm məqsədi ilə reallaşdığını təsdiq edən sənədlər (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və oteldə, kempinqdə, turist bazasında və ya digər bu kimi yerlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) surətləri

Bu sənədlər poçtla konsulluğa göndərilir. Sənədlər konsulluğa gəldikdən sonra onlara baxılır və viza rəsmiləşdirilərək, pasport poçtla turizm şirkətinə göndərilir. Viza verilməzsə, pasport və sənədlər təhvil verilir.

Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə ən geci 20 iş günü ərzində, səfər təcili müalicə, yaxud Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə əlaqədardırsa, bunu təsdiq edən sənəd təqdim olunmaqla ən geci 2 iş günü ərzində baxılır. Turistlərə viza verilməsi haqqında ərizələrə ən geci 15 iş günü ərzində baxılır.

Makedoniya vətəndaşları və Türkiyədə yaşamaq icazəsi olan digər əcnəbilər viza almaq üçün konsulluğa müraciət edə bilərlər. Yaponiya vətəndaşlarına viza rüsum tələb olunmadan verilir.

Müraciət saatları:

Həftə içi iş günləri

09:00-dan 13:00-dək vətəndaşların qəbul saatları
15:00-dan 16:00-dək vətəndaşlara sənədlərin təhvil verilməsi

15:00-dan 18:00-dək vətəndaşların telefonla məlumat alma saatları 

 Qeyd: Həftənin Şənbə və Bazar günləri, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən iş günləri hesab edilməyən rəsmi bayram və matəm günləri vətəndaşların qəbulu həyata keçirilmir.

Arxiv üzrə axtarış