2015-12-12

Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın İstanbul Baş Konsulluğu tərəfindən Sarıyer bələdiyyəsinin ərazisində yerləşən Heydər Əliyev parkında 12 dekabr tarixində anma mərasimi keçirilmişdir.

Tədbirdə diplomatlarımız, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Sarıyer bələdiyyəsi sədrinin müavini İsmayıl Erdem, İstanbuldakı beynəlxalq təşkilatların nümayəndələri, Türkiyədə yaşayan və səfərdə olan soydaşlarımız, ölkə ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak etmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyub, xatirəsini bir dəqiqəlik sukütla yad etmişdirlər.

Tədbir çərçivəsində Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün də bu ərazidə yerləşən büstü qarşısına da gül dəstələri düzülüb, xatirəsi anılmışdır.

 

Arxiv üzrə axtarış