2016-06-14

Azərbaycanın İstanbuldakı Baş konsulu İstanbul valisi ilə görüşüb

14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərində Baş konsulu Məsim Hacıyev İstanbul şəhərinin valisi Vasip Şahinə fəaliyyətə başlaması münasibətilə nəzakət ziyarəti etmişdir.

Ümummilli lider Heydər Əliyevin “bir millət,iki dövlət” ifadəsini xatırladan Məsim Hacıyev, iki dövlət arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmişdir.

Vali Vasip Şahin Baş konsula yeni fəaliyyətində uğurlar arzu etmiş, səmərəli işi sayəsində iki ölkə arasında olan münasibətlərin inkişafına töhfələr gətirəcəyinə inandığını bildirmişdir. 

Arxiv üzrə axtarış