İstanbul valisinin müavini N.N.Kalkancı ilə keçirilmiş görüşə dair
21 iyun 2016-cı il tarixində Baş konsul M.Hacıyev İstanbul valisinin müavini N.N.Kalkancı ilə görüş keçirmişdir.
Baş konsul Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi olduğunu ifadə edərək, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrin bu əlaqələri şərtləndirən amillər sırasında yer aldığını vurğulamışdır.
N.Kalkancı öz növbəsində, Azərbaycanın hər zaman Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını, iki ölkə arasındakı səmimi qardaşlıq və dostluq münasibətlərinin ortaq tarixi köklərə əsaslandığını vurğulamışdır.
Qarşılıqlı anlaşma və səmimi şəraitdə keçən görüşün sonunda M.Hacıyev qəbula görə minnətdarlığını bildirmişdir.