2016-07-21

21 iyul 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev İstanbulun Sarıyer rayonunun Bələdiyyə sədri Şükrü Gənçi ziyarət etmişdir.

Tanışlıq məqsədilə keçirilən görüşdə Baş konsul iki ölkə arasındakı əlaqələrdən danışaraq, Sarıyer rayonu ərazisində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və heykəlinin olduğu parkın mövcudluğunu xatırlatmış və parka göstərilən diqqət və qayğıdan ötrü Bələdiyyə başçısına təşəkkürlərini bildirmişdir.

Bələdiyyə başçısı Ş. Gənç M.Hacıyevi salamlayaraq ona yeni fəaliyyətində uğurlar arzulamışdır. Ş.Gənç Sarıyer rayonunun “İstanbul boğazı” mənzərəli ən görməli yerində Ulu Öndər Heydər Əliyevin adını daşıyan və heykəlinin olduğu parkın mövcudluğundan və bir çox rayon sakinlərinin asudə vaxtlarını məhz həmin parkda keçirmələrindən məmnuniyyətini dilə gətirmişdir.

Sonda Baş konsul göstərilən diqqətə və səmimi söhbətə görə Bələdiyyə sədrinə öz təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış