2016-07-07

7 iyul 2016-cı il tarixində Baş konsul M.Hacıyev İstanbulun Beşiktaş rayonunun Bələdiyyə sədri M.Hazinədarı ziyarət etmişdir.

M.Hacıyev Baş Konsulluğun məhz Beşiktaş rayonunda yerləşməsi səbəbiylə bu görüşün çox əhəmiyyətli olduğunu qeyd etmişdir.

M.Hazinədar Baş konsulu yeni təyinatı ilə əlaqədar təbrik etmiş, ona fəaliyyətində uğurlar arzu etmişdir.

Görüşdə Türkiyə və Azərbaycan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətləri barəsində fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış