2016-10-19

19 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev İstanbul Universitetinin rektoru Prof.DR. Mahmut Aka nəzakət ziyarəti etmişdir.

Baş konsula yeni fəaliyyətində uğurlar arzu edən Mahmut Ak iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişdir.

Baş konsul M.Hacıyev səmimi qəbul üçün rektora təşəkkürlərini bildirmiş, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşməsi istiqamətində lazımi işlərin görüləcəyini vurğulamışdır.

Arxiv üzrə axtarış