2016-10-25
Baş konsul Məsim Hacıyevin Yeniçağ qəzetinin baş redaktoru ilə görüşünə dair
25 oktyabr 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev Yeniçağ qəzetinin baş redaktoru Hayri Köklünü ziyarət etmişdir.
H.Köklü ziyarət üçün Baş konsula təşəkkürünü bildirmişdir.
M.Hacıyev 18 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinin qeyd edildiyini vurğulamış, müstəqilliyi ilk tanıyan dövlətin də məhz Türkiyə Respublikası olduğunu bildirmişdir.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edilmiş, ölkəmizdə baş verən hadisələrin mətbuatda geniş işıqlandırılması üçün əməkdaşlığın dərinləşməsi istiqamətində lazımi işlərin görüləcəyi vurğulanmışdır