2017-04-04

İstanbul valisinin müavinləri Nurullah Naci Kalkancı və İsmail Gültəkin 04 aprel 2017-ci il tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu ziyarət etmişdirlər.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ortaq tarix, dil, din, eyni zamanda iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılmış, münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Vali müavinləri Azərbaycanın Türkiyə üçün ən güvənilən dost və qardaş ölkə olduğunu qeyd etmişdirlər.

Baş konsul ziyarətləri üçün vali müavinlərinə təşəkkürünü bildirmiş, Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən daha yüksək səviyyəyə çatdığını vurğulamışdır. 

Arxiv üzrə axtarış