Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-ci ildönümü
Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-ci ildönümü münasibətilə 10 may tarixində Sarıyer bələdiyyəsinin ərazisində yerləşən Heydər Əliyev parkında anma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan və İstanbul ictimaiyyətinin nümayəndələri, Sarıyer bələdiyyə rəhbərliyi, İstanbulda yerləşən beynəlxalq təşkilatların başçıları, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ərazidə yerləşən büstü önünə də çiçəklər düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.