2017-05-28
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Rəsmi qəbulda Azərbaycanın dövlət himni səsləndirilmiş, dövlət başçısı nitq söyləmişdir.