18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir
22 oktyabr 2017-ci il tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və İstanbulun Maltəpə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və Türkiyənin Cümhuriyyət bayramına həsr edilən tədbir keçirilmişdir.
Tədbirdə bələdiyyə başçısının müavini, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, İstanbulda yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişdir.
Maltəpə rayon bələdiyyəsinin müavini Melih Morsünbül tədbirdə çıxış etmiş, dövlət müstəqilliyimizin bərpası ilə bağlı Baş konsulluğun yazılı açıqlaması oxunmuşdur.
Tədbir çərçivəsində bədii proqram, Azərbaycan Respublikasının tarixi və mədəni abidələrini əks etdirən foto sərgi təşkil edilmiş, eyni zamanda Heydər Əliyev Fondunun nəşrləri olan kitablar nümayiş etdirilmişdir.