2018-01-19

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən 16-18 yanvar tarixlərində İstanbulun ali təhsil ocaqlarından olan Mərmərə Universitetində, 20-25 yanvar tarixlərində isə İstanbulun gün ərzində 500 000-ə yaxın sərnişinə xidmət göstərən Yenikapı metro stansiyası qovşağında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şəkillərdən ibarət foto-sərgi açılmışdır.

Baş Konsulluq tərəfindən 20 Yanvar faciəsinə dair Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində də müxtəlif materialllar yerləşdirilmişdir (Anadolu Agentliyi, Dailymotion web səhifəsi, Yeniçağ, HaberalTV, Star, Milat, www.akdava.com,www.yenihaberden.com və s.)

20 yanvar

Arxiv üzrə axtarış