2018-04-18

Baş konsul Məsim Hacıyevin İstanbul Böyükşəhər bələdiyyə başçısı Mevlüt Uysalla görüşü

18 aprel 2018-ci il tarixində Baş konsul Məsim Hacıyev İstanbul şəhərinin Böyükşəhər bələdiyyə başçısı Mevlüt Uysala nəzakət ziyarəti etmişdir.

Ümummilli lider Heydər Əliyevin “bir millət,iki dövlət” ifadəsini xatırladan Məsim Hacıyev, iki ölkə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmişdir. Böyükşəhər bələdiyyə başçısı Mevlüt Uysal iki ölkə arasında mövcud münasibətlərin daha da inkişafı üçün bələdiyyə tərəfindən əməkdaşlığa hazır olduqlarını, müxtəlif layihələrin həyata keçirilə biləcəyini bildirmişdir.

Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış