2018-12-12

Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında anım tədbiri təşkil olunub.

Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Azərbaycanın İstanbuldakı Baş konsulu və konsulluğun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər qurumlarımızın təmsilçiləri, diplomatlar, ziyalıları, QHT və KİV təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstəriblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi önünə də gül dəstələri qoyulub, xatirəsi yad olunub.

Arxiv üzrə axtarış