2019-09-25

İstanbuldakı Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.

Sentyabrın 25-də İstanbulun Sarıyer rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.

Sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da təmsil olunur.

Baş Konsulluğun təşkilatçılığı ilə tədbirdə qurulan stenddə ölkəmizin klassik və müasir ədəbiyyat nümunələri, o cümlədən tarix, milli mətbəx, turizm mövzularında nəşrləri yer alır. Bundan əlavə, sərgidə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə onun əsərləri də nümayiş etdirilir.

Ümumilikdə 70-dək stendin təqdim edildiyi sərgiyə 5000-ə qədər ziyarətçinin qatılacağı gözlənilir.

Sərgi sentyabrın 29-dək davam edəcək.

Arxiv üzrə axtarış