2020-02-26
Xocalı soyqırımının 28-ci ildönümündə anma tədbirlər çərçivəsində Baş konsulluq tərəfindən Biruni Universitetində foto-sərgi təşkil olunmuşdur.
Cari ilin 26 fevral tarixində Baş konsulluq tərəfindən Biruni Universitetində Xocalı soyqırımına həsr edilmiş foto-sərginin açılışı olmuşdur. Sərginin açılışında Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev və Birini Universitetinin rektoru Professor Adnan Yüksel çıxış edərək Xocalı qurbanlarının əziz xatirəsini yad edıblər.