2020-03-04

12-19 iyul tarixlərində Qusar şəhərində "Könüllülər 2020" Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili" elan edilməsi haqqında Sərəncamına əsasən, 2020-ci ilin 12-19 iyul tarixlərində Qusar şəhərində "Könüllülər 2020" Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcəkdir. Düşərgədə iştirak etmək istəyən şəxslər http://diaspor.gov.az/qeydiyyat/ internet keçidinə daxil olmaqla müraciət forması və düşərgədə iştirak şərtləri ilə tanış ola bilərlər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Arxiv üzrə axtarış