2021-01-21

Baş konsulluqda 20 Yanvar şəhidlərimizin xatirəsi anılmışdır.

Cari ilin 20 yanvar tarixində Baş konsulluqda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərimizin xatirəsini bir dəyqəlik sükütla anıldı. Daha sonra tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli kimliyinin və milli vətənpərvərliyinin formalaşmasında vacib amil olmaqla yanaşı, həm də dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsinə çevrildiyini bildirmişdir.
Sonda Baş konsulluqda 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxış keçirilmişdir.

Arxiv üzrə axtarış