2021-07-30

Türkiyədəki yanğınlarla bağlı Azərbaycan Respublikasının vətəndaşlarının diqqətinə!

Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə bağlı Azərbaycan Respublikasının vətəndaşlarının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda mövcud böhran vəziyyəti ilə əlaqədar 24 saat fəaliyyət göstərən “qaynar xətt” yaradılmışdır.

Hazırda Türkiyə ərazisində olan və böhran bölgələrində baş verən hadisələrdən zərərçəkmiş Azərbaycan Respublikasının vətəndaşları və ya onlar barədə məlumatı olanlar +90 536 613 86 48 telefon nömrəsi vasitəsilə Baş Konsulluqla əlaqə saxlaya bilərlər.

Arxiv üzrə axtarış