2021-09-30

İstanbulda 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar şəhidlərin anım mərasimi keçirilib

Sentyabrın 28-də İstanbulda 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar şəhidlərin anım mərasimi keçirilib.

Baş konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. Anım mərasimində Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi cənab Murat Tamer, diplomatik korpusun nümayəndələri, Türkiyədə müalicə alan qazilərimiz, yerli diaspora nümayəndələri və gənc tələbələr iştirak etmişlər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin anılması məqsədilə təşkil edilən mədəni program çərçivəsində gələn qonaqlara canlı musiqinin müşaiyəti ilə Vətən müharibəsi görüntülərini özündə əks etdirən video süjetlər nümayiş etdirilib, fotoşəkillərdən ibarət sərgi təqdim olunub. Vətən müharibəsi qazilərimiz mərasimdə çıxış edərək tədbirin təşkilinə, dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə Ali Baş Komandan İlham Əliyevə, “YAŞAT” Fonduna, Azərbaycan xalqına və Türkiyə dövlətinə öz təşəkkürlərini bildiriblər.

Arxiv üzrə axtarış