2021-12-06

İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda XII Boğaziçi Sammiti keçirilib

İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda XII Boğaziçi Sammiti keçirilmişdir. İki gün davam edən Sammitdə Azərbaycan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.

Tədbir çərçivəsində “Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıqları-iş dünyasının perspektivləri” mövzusunda panel iclası təşkil olunub. Panel iclasında Azərbaycanın 30 ilə yaxın işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən tarixi torpaqlarında ermənilər tərəfindən törədilən vandalizm aktları, ərazilərimizin minalanması kimi məsələlərə toxunulub.

Sammitdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Mətyu Brayzə, “SOCAR Türkiyə”nin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov, “Hünər Qrup” Holdinqin İdarə Heyətinin sədri Ehtiram Quliyev iştirak ediblər.

Arxiv üzrə axtarış