2022-02-23

İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib

Tədbir Azərbaycanın İstanbuldaki Baş konsulluğu və Mərmərə Universiteyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayevə Xocalı soyqırımının ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli qətliam olduğunu qeyd edərək bu vəhşilik aktının bütün dünyada təbliğ edilməsinin vacibliyini vurğulayıb. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının vacibliyi və bu xüsusda ‘Justice for Khojaly’ kimi kampaniya və təşkilatların rolu qeyd olunub.

Tədbirdə Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri professor Okan Yeşilot, Rumeli Universitetinin professoru, təqaüddə olan polkovnik Ali Denizli, Aydın Universitetinin siyasi elmlər üzrə eksperti Murat Jane məruzəçi qismində iştirak etmişlər.

 

Arxiv üzrə axtarış