Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
20-30 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə)
- Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə)
- Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün)
- Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim olun edilməlidir:
- Doğum haqqında şəhadətnamənin surəti
- Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti
QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzrədə tutulmuşdur.
Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Etibarlı ümumvətəndaş pasportunun surəti
- Subaylıq haqqında arayış
- Nikahın bağlanması haqqında tərəflərin ərizəsi
- Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)
- Tibbi müayinədən keçdiyini təsdiq edən arayış
Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi
- Valideynləri ərizəsi
- Valideynlərin etibarlı pasportlarının surəti
Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Valideynlərin ərizəsi
- Valideynlərin pasportlarının surəti
- Doğum haqqında şəhadətnamələrin surəti
Qəbul vaxtları:
Şənbə və bazar günləri: 10.00-18.00
İş günləri: 16.00-19.00
Əlaqə: +90 850 800 0515