2024-11-07
Bayramlar ilə əlaqədar Baş Konsulluqda vətəndaş qəbulu günlərinə dair
Azərbaycan Respublikasında Nazirlər Kabinetinin qərarına əsasən 2024-cü ilin noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9 (şənbə), 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günləri olacaq. Baş Konsulluqda vətəndaşların qəbulu 14 noyabr tarixində, cümə axşamı bərpa olunacaqdır.
Fövqaladə hallar üçün əlaqə nömrəsi: +90 536 613 86 48.