Türkiyə Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
Səyyar ASAN xidmət vasitəsilə 3, 4 və 5 aprel 2026-cı il tarixlərində saat 09:30-19:00 aralığında Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi və sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı xidmətlər həyata keçiriləcək.
Müraciət Elektron Növbə Portalından (appointment.mfa.gov.az/az) növbə götürməklə həyata keçiriləcəkdir.
Xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı aşağıda paylaşılmışdır. Hər hansı sənəd çatışmadığı təqdirdə xidmətdən yararlanmaq mümkün olmayacaqdır.
VACİB QEYD: Növbə götürmək üçün appointment.mfa.gov.az/az internet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunu seçərək 3, 4 və ya 5 aprel tarixlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi və sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətini seçməyiniz tələb olunur. Növbə götürdüyünüz vaxtdan 15 dəqiqə öncə Baş Konsulluqda olmağınız xahiş olunur.
Baş Konsulluğun ünvanı: Zeytinoğlu Caddesi No65, Akatlar, Beşiktaş, İstanbul şəhəri.


