18 yaşı tamam olmuş vətəndaşlara ümumvətəndaş pasportunun verilməsi qaydaları.
PASPORTLARIN YENİLƏNMƏSİ
Azərbaycan Respublikası konsulluğunun dairəsində qanuni əsaslarla daimi yaşayan və Azərbaycan Respublikasının konsulluğunda konsul uçotunda olan Azərbaycan Respublikasının vətəndaşları etibarlılıq müddəti başa çatmış və ya boş viza səhifələri qalmamış ümumvətəndaş pasportlarını Azərbaycan Respublikasının konsulluğu vasitəsi ilə dəyişdirərək yeni pasportlar ala bilərlər.
Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir.
Pasportlarının yenilənməsi üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
18 yaşı tamam olmuş vətəndaş:
- 18-35 yaş arası vətəndaşlara hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli (İlkin hərbi qeydiyyat vərəqəsi) və ya Hərbi bilet.
- vətəndaşın şəxsiyyət vəsiqəsi ( etibarlılıq müddəti olan )
18 yaşı tamam olmuş vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket.
QEYD:
- Vətəndaşların nəzərinə Türkiyə Cumhuriyyətində müvəqqəti və daimi yaşayış üçün icazə vəsiqəsinin ( oturma izni ) vaxtının bitməsinə 90 gün qalmış müraciət etməyiniz tövsiyə olunur.
- Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
- sənədlərin tərtib edilərək müvafiq dövlət orqanına göndərilməsi üçün 25 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli.
- Azərbaycan Respublikasında ödəniləcək dövlət rüsumunun məbləği:
bir yaşınadək uşaqlar üçün - 15 manat;
bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.